Deməli, “kofe”,-mi sifariş verib oturmuşam. Gözləyirəm ki, Sahilə gəlsin.
5 dəqiqə keçmədi, içəri bir xanım daxil oldu. Yalan olmasın, tanımağım bir 20 saniyə çəkdi. Nə edə bilərəm, ən son 2021-də yazışıbmışıq. Bəxtdən, Sahilənin göz yaddaşı daha yaxşı imiş. O dəqiqə yaxınlaşdı və mən də səmimi şəkildə “Necə dəyişmisən”, – dedim və əyləşdik. Sahilə hal-hazırda Endorphin agentliyində Rəqəmsal Marketinq sahəsində çalışır (Düzü, yeni xəbərim olmuşdu)
Nə isə, havadan sudan danışandan sonra gördüm ki, söhbət çox maraqlı yerlərə gəlir. Keçdik intervüyə:
- Necə oldu bu sahəyə gəldin?
Düzü, əvvəllər Qrafik Dizayner olmaq istəyirdim. Kompüter, proqram filan hər şeyi hazır elədim, amma gördüm ki, öyrənə bilmirəm. Bir tanışım var idi, Bakıda Rəqəmsalçı idi. Çox təcrübəli deyildi, amma təcrübəsi var idi. Mənə tövsiyə etdi ki, Rəqəmsal Marketinqə yönəlim. Həm rəqəmsaldır deyə gəlir də yaxşı idi, həm də bir çox imkanlar gətirir özü ilə. O vaxt da 2-ci kurs idim. Rəqəmsal Marketinq haqqında eşitməmişdim. Sadəcə Marketinq bilirdim və Marketinq müəllimimiz də çox yaxşı idi. Ona görə, Marketinqə biraz həvəsim var idi. Sonra Rəqəmsal Marketinqi araşdırdım. Gördüm, çox maraqlıdır. Sonra başladım kurslar almağa. Pandemiya vaxtına düşürdü, həm də. Onsuz da, evdəyik. Heç yerə çıxa bilmirik və kalan onlayn kurs var. Hər Rəqəmsalçının keçdiyi bir şey var. Google Digital Garage. Onunla başladım birinci. Çox fundamental biliklər əldə etdim və başqa kurslardan da öyrəndim. Amma hər biri nəzəri idi. Praktiki sınamaq fürsətim olmamışdı. Bu səbəbdən Bakıya gələn kimi başladım iş axtarmağa.
- İlk işin harada oldu?
Kiçik bir agentlik idi. SEO menecer axtarırdılar və kiçik əmək haqqı ilə Intern təklif etdilər. Part-time idi və o vaxtlar yeni başlayan biri üçün yaxşı fürsət idi.
SEO Menecer adı ilə Part-time Intern
😂😂😂 Çox qarışıq, hə. Elə bir şey idi. O müddət ərzində SEO işləri gördüm və bəzi vebsaytlar üzərində çalışdım. Amma digər rəqəmsal marketinq qollarını praktika edə bilmədim. Sonra Netvörkinq sayəsində başqa bir iş yerinə keçid etdim. Nisbətən, daha böyük bir agentik idi. Məni bu işə yönləndirən tanışım dedi ki, – “Gir, burada Rəqəmsal Marketinqdə işlə!”.
Mən də “tırstım”, dedim, – “mən bacarmıram axı😂”.
Amma nəticə olaraq o agentlikdə çalışdım. Heç nə bacarmaya-bacarmaya necəsə testlərdən keçdim. Reklam filan qoy deyirdilər, girirdim Google-dan baxırdım, edirdim. Belə-belə öyrəndim. 9 ay orada çalışdım. Kalan problem olurdu və bunları həll etdikcə, Facebook reklamlarını əlimin içi kimi öyrəndim. Facebook Support-la danışmağı adi hala çevirmişdim artıq. Müştəriləri Otel və Restoran sektorundan idi, kifayət qədər böyük büdcələr ayırırdılar. Mən də qorxa-qorxa idarə edirdim. O vaxta görə nəticələri yaxşı olurdu. İndi baxsam, nə deyərdim, görəsən.
- Ən çox büdcə nəyə ayırırdılar?
Meta Ads-ə. 9 ay orda çalışdım, amma bir yerdə çox qalanda adam görür ki, artıq yeni şeylər öyrənə bilmirsən. Sonra da keçdim, Endorphin-ə. Burda işlədiyim müddətdə çoxlu frilans işlər də yığıldı. Amerikadan da bir şirkətin saytının SEO-sunu edirəm hal-hazırda. Artıq 2 ildir Endophin-də çalışıram. Vəzifəm də artdı, artıq çox kiçik bir komanda idarə edirəm deyə digər bacarıqlarım da artır. Hə, yəni belədi.
Hər şeyi danışdın, daha nə sual verim😂?
😂😂 Arada kəsib eləyərdin də.
Yaxşı bir dinləyiciyəm filan…
- Sənin komandandakılar nə işə baxırlar?
SMM işlərinə baxırlar. Mən də bir növ Team Leader kimi proseslərə nəzarət edirəm, həmçinin bəzi markaların da işlərini özüm görürəm.
- Meta Ads ən güclü tərəfindir, belə başa düşürəm ki. Nə kimi tövsiyələrin var?
Əslində, marka-dan markaya dəyişir. Markanın nə istədiyindən və objective olaraq nə seçmək lazım olduğundan da asılıdır. Məsələn, əgər satış yönümülüdürsə və müştəri gəlirliliyini artırmaq istəyirsə, fərqli strategiya yaradırıq. Lakin, məsələn, bir şirkətə satış maraqlı deyil, daha çox brend fərqindəliyinə yönəlməyi hədəfləyir, onda başqa strategiya formalaşdırırıq. Hətta deyərdim, Rəqəmsal marketoloqlar üçün çox vacibdir ki, bu strategiyaya uyğun məzmun, paylaşım, reklamlar və kommunikasiya prosesinə nəzarət etsin.
Söhbət… Söhbət…
- Deməli, bir marka ilə işləməyə başladınız. Reels hazırlanacaq o marka üçün. Bu proses agentlikdə necə baş verir? 0-dan…
Birinci, ssenari yazılır. Bunu Kopirayterlər yazır. Ssenarilər müştəriyə ötürülür. Müxtəlif ssenarilər. Çünki eyni vaxtda çox reels çəkilir ki, resurs israfı olmasın. Müştəri ssenariləri təsdiqləyəndən sonra keçirik çəkiliş prosesinə. Burada kastinq var və ya influenserlə işləyirik və videoqraf çəkiliş edir. Montaj prosesi də bitəndən sonra komanda ilə nəticəyə baxırıq. Geridönüşlər və bəzi düzəlişlər sonrasında motion dizayner də əlavələrini edir və məzmunlar ötürülür yenidən müştəriyə. Müştəri ya düzəlişlər istəyir, ya da birbaşa təsdiqləyir. Tutaq ki, təsdiqləndi, SMM mütəxəssisi başlayır təsdiqlənmiş videoları cədvəlləşdirməyə. Əlinə eyni vaxtda çox video düşür deyə planlanması vacibdir. Planlamaya müvafiq olaraq isə bu videolar Instagram Reels-da, Tiktok-da və ya Youtube Shorts-da paylaşılır.
Ay sonunda isə hesabatlar hazırlanır və nəticələr analiz olunur.
- Bir post gəldi sənə. Reklam qoymalısan.
Məsələn, “Adını Çəkmədiyim Marka” ilə işləyirdik. Satış etməli idik mütləq. Ya conversion objective-i olmalı idi, ya da Traffic reklamı qoyacaqdım. Biz bunu 5-6 fərqli hədəf kütlələrinə uyğunlaşdırdıq. Premium kütlə olduğu üçün də bunu kifayət qədər detallı araşdırmalı və uyğun yerləri hədəfləməli olduq. Məsələn, ancaq CEO-lar və CMO-lar görməlidirsə, iş yerləri daha uyğun hədəf olar. Məsələn, Plazaları hədəfləyə bilərik. Bir də conversion reklamı qoyanda mütləq davamlı nəzarət etmək lazımdır. Vebsaytda hansısa düymənin yeri dəyişsə çünki, problem olur.
Track eləmək olmur.
Eynən. Həmçinin, retageting də mütləqdir. Səhifə ilə interaksiyaya girmiş şəxsləri yenidən hədəfləyib satış etmək yaxşı nəticələnir.
- Tutaq ki, iki post arasında mübahisəli qalmısınız. Sadəcə dizayndakı mətn fərqlidir. A/B Testing-ə getməlidir. Buna necə qərar verilir?
Məsələn, mənə gəlibsə, mən qərar verirəm. Çünki özüm yaxşı bilirəm ki, hansı markaya daha çox satış gətirə bilər. Amma məndən üst vəzifədə biri ilə arada qalsaq, onda hə, A/B Testing-ə gedir. Bu satış məqsədli reklamlarda olur, Engagement üçün etmirik çox vaxt.
Həmçinin, bu aralar Süni İntellekt çox güclənib. Özün bilərsən də, Ads Manager demək olar Süni İntellektə çevirilib. Ona görə, bəzən heç target qoymuruq. Məkan, yaş aralığı və maksimum cins seçirik və Meta lazımi targeti özü tapır, reklamı onların qabağına çıxarır. Bunu nəticələrdə görə bilirik.
- Ads Managerdə reklam qoyanda Placement-lərdən nələri silirsən?
Traffic reklamı qoyacağamsa, Audience Network-u birinci rədd edirəm. Düzdür, Ads Manager-in özü təklif edir ki, Advantage Placement-i seç. Amma neçə dəfə görmüşəm. Audience Network sərfəli deyil. Məsələn, Azərbaycanda Facebook Marketplace də işlənmir, demək olar ki. Ona görə, ora da pul getməsi yaxşı olmur.
- Adını çəkmədiyin markanın işi üçün İnstagram-dan daha çox satış gəldi, yoxsa Facebook-dan?
Düzünü desəm, ikisi də zəif idi. Düzdür, nəticə müəyyən qədər var idi, amma kifayət etmirdi. Həmin iş üçün ən çox Google Ads sərf etdi bizə. Amma məhz İnstagram və Facebook arasında Facebook-dan daha yaxşı nəticə gördük. Çünki, bizim əsas kütlə 30+ idi və onlar daha çox Facebook-da görünürlər. Həmçinin, ən yaxşı tərəfi Desktop-da açmaq olur. Kimsə işdə oturur, kompütürdən girir baxır filan.
- Google Ads barədə danışaq.
Yeni bir şey gəlib. Performance Maximum. Və bu funksiyanı çox bəyəndim. Amma Google Ads-də çox vaxt dil problem olur.
- SERP-ə girirsən, reklam görürsən. Azərbaycan dili işləmir axı orda. Qəribə-qəribə yazılar çıxır. Bu yaxşı deyil, məncə.
Ümid edirəm, nə vaxtsa, düzələcək bu.
Sonra isə söhbət getdi başqa yerlərə.