“Aydın danışa bilərsən? Səni başa düşmürəm” – dedim ona.
Çünki söhbətin əsas məğzini qaçırmış və mənə lazım olan informasiyanı ötürə bilməmişdi.
Yenə danışmağa başlayanda onun sözünü kəsməli oldum:
“Bir cümlə ilə de, görüm, məsələ nədir.”
Yenə dayanıb üzünə baxdım. Müştərinizə ötürdüyünüz mesaj da aydın olmasa, durub beləcə üzünüzə baxacaq. Ondan sonra harda alış, harda loyallıq. 😐💬
Zamanda 1 həftə geriyə gedək. Gündə 10 səhifə kitab oxuma vərdişimlə yeni bir kitab bitirdim:
Adını loru dildə desək, Obviously Awesome.
Müştəri ehtiyacları üçün düzgün məhsul yaradılmasının incə nüansına toxundu kitab. Aydın olmaq.
Elə aydın olmaq ki, müştəri məhsulun ona verəcəyi faydanı asanlıqla anlasın.
Çünki, o bircə dəfə desə ki: “Aydın danışa bilərsən? Səni başa düşmürəm”, onda vay halımıza. 😳🤦♂️
Aydın Danışmağın gücü!
17
əvvəlki yazı