Koronavirusun trend vaxtları idi.
Mən də mübadilə proqramına getməyə vaxt tapmışdım☺️
Xaricdəki 15 günlük karantinim zamanı minimal rahatlıq təklif edən kiçik, pəncərəsiz bir otel otağında qaldım.
Deməli, bapbalaca otaq veriblər. Təsəvvür eləyin ki, çamadanı qoyanda yeriməyə yer tapmırdım. 😢
Yatağım, yastıq və çarpayım. Yanında kiçik bir masa. Və balaca bir hamam var idi (WC ilə birgə).
Otağın bəlkə də ən diqqət çəkən cəhəti xarici dünyaya açılan heç bir pəncərənin olmaması idi.
Pəncərəsini karton və pərdə ilə açıla bilməyəcək şəkildə örtmüşdülər və heç bir işıq girmirdi. Adamlar qorxublar ki, karantində əqli çətinlikdən intihar edərəm.
Lampanın zəif işığından başqa otağı aydınladan heç nə yox idi. Xarici dünya ilə bu əlaqənin olmaması gündüz və gecəni ayırd etmək üçün yalnız saatıma arxalanmağa məcbur edirdi.
Sıxıntı ilə mübarizə aparmaq üçün ilk 5 gün ərzində filmlərə baxıb başımı qatdım, Ancaq bu passiv yanaşma heç məhsuldar hiss etdirmirdi.
Qeyri-məhsudarlıq hissiyyatı ilə bərabər sıxıntıdan yaranan stressi aradan qaldırmaq üçün növbəti 5 günü kitab oxumağa və öyrədici videolara baxmağa həsr etdim.
Bəzən də telefonla Koreyanın qəribə yeməklərindən sifariş edirdim ki, sıxıntımı necəsə unudum. (Düzdür, bəziləri ac qalmaq istəyi yaradırdı)
Saat fərqi günü-günə qatdı, əzginləşdirdi və zehnimi gərginləşdirdi. Çox az insanla kontakta girirdim. Düzü, istəmirdim də.
Zehni vəziyyətimi yaxşılaşdırmaq üçün sadə ev məşqlərini gündəlik rejimimə daxil etməyə başladım.
Xüsusilə son 3 gün ərzində səbirsizliyim artdı. Çünki fikrim burdan xilas olmaqda idi. Sona yaxınlaşdıqca özümü daha narahat və stresli hiss etdim.
Bu çətin təcrübə üzərində düşünərək, əhəmiyyətli bir reallığı başa düşdüm.
Özünü təcrid etmək insanı olğunlaşdırır, mental güc qazandırır, amma bəzilərinin düşündüyü kimi heç də məhsuldarlığın artmasına səbəb olmur.
İnsanlardan və sosiallıqdan təcrid olunmamalısan. Telefondan, filmdən, əyləncədən uzaq durmamalısan. Sadəcə hər birinin dozasını müəyyən et və həyat balansını qur.
Məsələ, prioritetlərin idarə olunması və balansda dayanır.
Yoxsa, 15 günə 15 kitab oxumuşdum)
Prioritetlər və balans
89
əvvəlki yazı
