Deməli, son 2 aydır, tez-tez getdiyim coffeeshop var.
İlk dəfə gedəndə bir test etmək qərarına gəldim və sifarişi götürən xanıma yaxınlaşdım:
“Soyuq Coffee latte, orta ölçüdə, karamel siropu ilə, karton takeaway qabında”
Bu qədər detal onu biraz təəccübləndirmişə bənzəyirdi. “Adınız?”,- deyə soruşdu.
“Şamil”,- dedim.
Sifarişimi hazırlamağa başladı, ancaq takeaway qabında hazırlamağı unutmuşdu. Qəhvə fincanda idi.
Bu qədər detalın içində bunu unutmasını normal qəbul etsəm də, dəyərlərimi dəyişmədim.
“Xanım, bağışlayın, karton takeaway qabında demişdim”
Xanım bir qədər heyifsilənib qəhvəni karton qaba süzdü.
Bir neçə gün sonra yenə həmin coffeeshop-a yaxınlaşdım. Eyni proses təkrarlandı və eyni detalları deyərək həmin xanıma sifarişi verdim.
“Adınız?”
“Şamil”,-dedim.
Sifariş 5 dəqiqə çəkmədən hazır oldu və:
“Xanım, soyuq istəmişdim, isti hazırlamısınız. Zəhmət deyilsə, dəyişə bilərsiniz?”, – deməmək əlimdə deyildi.
Xanım az qalmışdı saçlarını yola.
Bu qədər detalın içində bunu qarışdırmış olması isə tamam normal idi, amma dəyərləri yenə dəyişmədim. Soyuq qəhvəmi hazırladı. Götürüb yerimə keçdim.
2-3 gün keçdi, yenə yaxınlaşıb
“Xanım, soyuq coffee latte…”, deyərkən sözüm kəsildi.
“karamel siropu ilə, medium, karton takeaway”,- deyə xanım gülümsəyərək davam etdi.
“Bəli”,-dedim.
5 dəqiqə sonra “Şamil bəy, sifarişiniz hazırdır” dedi və bu dəfə hər şeyi düzgün etmişdi.
Bu kiçik hadisədən həzz almağımın səbəbi brendinqdir. Dəyərlərimi dəyişmədim, çatdırmaq istədiyim mesaj həmişə eyni idi. Xanımı müştərim kimi qəbul etsək, hər şeyi çatdırmaq və istədiyimi etməsi biraz vaxt aldı, amma dəyərlərimə sadiq qalaraq təkrar-təkrar səhvləri düzəltdim.
Consistency is key – boş yerə deməyiblər.
İndi həmişə coffee latte içdiyim bir yer, manqo limonad içdiyim başqa bir yer, laimonfresh içdiyim isə ayrı bir məkan var.
Və bəzən soruşurlar: “Həmişəkindən?”
Bir ədəd Cafe Latte, zəhmət olmasa!
17